Avrozonada illik inflyasiya artıb - Rekordu yeniləyib

16:33 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Ötən ilin dekabr ayında avrozonada illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 5%-ə çatıb və 1991-ci ilin avqust ayında qeydə alınmış rekordu yeniləyib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi - “Eurostat”ın hesabatında bildirilir.

Mövcud göstərici Avropa Mərkəzi Bankının (ECB) inflasiya hədəfindən 3 faiz bəndi çoxdur. 

 

Bütün xəbərlər