Naxçıvanda 15 vergiödəyicisinin qanunları pozduğu aşkarlanıb

10:44 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında 15 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

ABC.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 1 vergiödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması,1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” alınmaması, 1 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması və 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Bütün xəbərlər