Dövlət Agentliyinin sədri kollektivə təqdim edilib

14:12 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin yeni sədri Səbuhi Əhəd oğlu Sadıqov kollektivə təqdim olunub.

ABC.AZ xəbər verir ki, yeni sədri kollektivə Baş nazirin müavini Şahin Mustafayev təqdim edib.

Qeyd edək ki, Səbuhi Sadıqov Prezident İlham Əliyevin 27 dekabr tarixli sərəncamı ilə təyin edilmişdi. 

 

Bütün xəbərlər