Elektron Hökumətin İnkişafı Mərkəzi bu qədər vəsaitə qənaət edib

09:59 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan milli resurslar, mərkəzləşdirilmiş və depozitar həllər, aparılan texniki optimallaşdırma işləri, habelə dövlət-özəl tərəfdaşlığı layihələri sayəsində 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilib.

ABC.AZ xəbər verir ki, EHİM tərəfindən cari ildə, habelə növbəti illərdə yeni rəqəmsal hökumət həllərinin yaradılması və bununla da əlavə olaraq 50 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilməsi nəzərdə tutulub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər