Qarşıdakı 10 ildə dünyanı gözləyən 10 ciddi risk - Siyahı

16:50 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Dünya İqtisadi Forumunun "2022 Qlobal Risk Hesabat"ı dərc olunub.

ABC.AZ Marja-ya istinadən xəbər verir ki, hesabata görə, pandemiyanın yaratdığı problemlərlə yanaşı, ən böyük risklərə iqlim böhranı, artan sosial bölünmələr və qeyri-bərabər qlobal bərpa prosesi daxildir.

Hesabat hökumətlər, qeyri-hökumət təşkilatları və investorlar arasında keçirilən qlobal sorğu nəticəsində hazırlanıb. İqlim dəyişikliyi tədbirlərinin uğursuzluğu və fövqəladə hava şəraitinin baş verməsi növbəti 5-10 il üçün əsas narahatlıqlardır.

10 ildə dünyanı gözləyən 10 riski təqdim edirik:

1. İqlim üçün tədbir görülməməsi

2. Ekstremal hava şəraiti

3. Bioloji müxtəlifliyin itirilməsi

4. İctimai (sosial) birliyin aşınması

5. Həyat üçün lazım olan şəraiti əldə etməyə qarşı böhranlar

6. Yoluxucu xəstəliklər

7. İnsanların ətraf mühitə vurduğu ziyan

8. Təbii ehtiyatlar böhranları

9. Borc böhranları

10. Geo-iqtisadi problemlər

 

Bütün xəbərlər