Azərbaycanda 673 yeni yoluxma halı aşkarlanıb

17:02 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa (COVİD-19) 673 yeni yoluxma halı qeydə alınıb, 392 nəfər müalicə olunub, 14 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 622236 yoluxma faktı aşkarlanmış, 606311 nəfər müalicə alıb sağalımış, 8471 nəfər isə dünyasını dəyişmişdir.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 9333 test, ötən müddət ərzində 5 957 603 test keçirilib.

 

Bütün xəbərlər