Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı - ÜDM artacaq

10:01 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 3,1 %, gələn il isə 2,7 % artacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dünya Bankının (WB) açıqladığı "2022-ci ilə dair Qlobal İqtisadi Perspektivlər" hesabatında bildirilib.

Cənubi Qafqazda artımın 2022-ci ildə 3,9%-ədək, 2023-cü ildə isə 3,6%-ədək mülayim olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, WB-nin “2021-ci ilə dair Qlobal İqtisadi Perspektivlər” hesabtının iyun sayında Azərbaycan iqtisadiyyatının bu il 3,9 %, gələn il isə 3,4 % artacağını proqnozlaşdırmışdı.

Bu isə, yeni proqnozlar ilə müqayisədə müvafiq olaraq 0,8 % və 0,7 % azdır.

 

Bütün xəbərlər