“iPhone"ların qiyməti bahalaşacaq – Siyahı

10:52 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. “Apple” 2022-ci ildə satışa çıxarılacaq bəzi smartfonların qiymətini qaldıracaq.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, mənbələrə görə, smartfon istehsalı xərclərinin artması səbəbindən yeni “iPhone 14”ün qiyməti orta hesabla $100 artacaq.

“Apple” ənənəvi olaraq 2022-ci ilin payızında yeni “iPhone” modellərini təqdim edəcək.

Lakin bu dəfə yalnız dörd smartfon nümayiş olunacaq: “iPhone 14”, “iPhone 14 Max”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”.

Ehtimal olunur ki, “iPhone 14” smartfonu “iPhone 13” qiymətinə – $800-a olacaq. Digər modellər orta hesabla $100 bahalaşacaq:

– “iPhone 14 Max”: $899;

– “iPhone 14 Pro”: $1099;

– “iPhone 14 Pro Max”: $1199.

Bütün xəbərlər