"№1" çörəkləri 80 qəpik oldu - Zavod qiymətləri artırdı

11:31 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Bakıda fəaliyyət göstərən "№1" Çörək zavodu da qiymətlərini artırıb.

ABC.AZ xəbər verir ki, şirkət, bugündən "N1" sadə baton çörəyinin (400 qram) qiymətini 70 qəpikdən 80 qəpiyə qaldırıb.

Bu qiymət artımı ilk deyil. Belə ki, şirkət sentyabrda da sadə baton çörəyinin qiymətini 55 qəpikdən 70 qəpiyə qaldırmışdı.

Digər "N1" çörəklərinin də qiymətləri artırılıb. Bugünədək qiyməti 55 qəpik olmuş çörəklər 65 qəpiyə, qiyməti 75 qəpik olmuş doğranmış çörəklər isə 85 qəpiyə satılır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər