Alüminiumun qiyməti getdikcə bahalaşır - Birjalarda neçəyədir?

12.01.2022,15:39


12 yanvar, Fineko/abc.az. London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 21 oktyabr 2021-ci il tarixindən bəri ilk dəfə olaraq 3 min ABŞ dollarını ötüb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ticarət zamanı alüminiumun qiyməti 3 007,5 dollara çatıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da alüminiumun bir tonu 3 002 dollara ticarət olunurdu.