Azərbaycanda daha 645 yoluxma halı qeydə alınıb

16:52 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma üzrə daha 645 hal qeydə alınıb, 577 nəfər müalicə olunub, 9 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 622881 yoluxma faktı aşkarlanıb, 606888  nəfər müalicə alıb, 8480 dünyasını dəyişib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 10746 test, ötən müddət ərzində 5968349 test keçirilib.

 

Bütün xəbərlər