Onların maaşlarına əlavələr müəyyən edildi - Həvəsləndirmək üçün

12.01.2022,17:13


12 yanvar, Fineko/abc.az. Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərinin əmək haqlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası” na edilən dəyişiklikdə əksini tapıb.