AKİA tərəfindən 65 milyondan çox kredit verilib - Hesabat

10:05 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4 175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bundan 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.

Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7 607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib.

2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həmçinin 194 fermerə 6 279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

 

Bütün xəbərlər