Ötən il Naftalanın turizm mərkəzlərinə ən çox hansı ölkələrdən gəliblər?

10:15 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Keçən il Naftalanın sağlamlıq-turizm mərkəzlərinə 17 minə yaxın turist üz tutub.

ABC.AZ-ın məlumatına görə, naftalan vannasından yararlanmaq məqsədi ilə Naftalan şəhərinə 46 ölkədən 1700-dən çox xarici turist gəlib.

Hər zamankı kimi, siyahıya 1161 nəfər vətəndaşı ilə Rusiya başçılıq edir.

Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb.

Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumbiya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da vardır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər