Banklar valyuta hərracında tələb 14,3% azaldıb

13.01.2022,12:36


13 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 13-də valyuta hərracında $96,9 mln satılıb ki, bu da ötən hərracda olduğundan $16,2 mln (14,32%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $96,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.