Azərbaycan Ərəb şirkəti ilə dənizdə külək enerjisi ilə bağlı anlaşdı - Müqavilə imzalandı

14:39 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin  investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.

Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

 

Bütün xəbərlər