Bakıdakı "Yaşıl bazar"da dəyişiklik - Detallar

15:23 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Bakının Nərimanov rayonunda yerləşən "Yaşıl bazar"ın sahibi "Qaya M LTD" MMC şirkəti adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.

ABC.AZ xəbər verir ki, "Qaya M LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin bundan sonra adı "GREEN FOOD GROUP" Qapalı Səhmdar Cəmiyyəti olacaq.

2004-cü ildə dövlət qeydiyyatına alınmış və 490 manat nizamnamə kapitalı olan "Qaya M LTD"nin qanuni nümayəndəsi Həsənov Zahid Zakir oğludur.

Şirkətin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, Nazim Hacıyev, ev 26, m 46-dır.

 

Bütün xəbərlər