13.01.2022,17:04
13 yanvar, Fineko/abc.az. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur.
"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır", - deyə direktor bildirib.
Dünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər xeyli taxıl depolayıb. Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur.
20.05.2022,12:33
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 11:34
20 May 2022 | 12:33
20 May 2022 | 12:10
20 May 2022 | 16:08
20 May 2022 | 12:28
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 17:04
20 May 2022 | 16:03
20 May 2022 | 16:11