Hörümçək Adamın komiks səhifəsi 3,36 milyon dollara satılıb - Auksion keçirilib

14.01.2022,10:10


14 yanvar, Fineko/abc.az. Hörümçək Adamın komiks səhifəsi Texasdakı "Heritage Auctions" auksionunda satılıb.

ABC.AZ-ın məlumatına görə, səhifə 3,36 milyon dollara satılıb. İllüstrasiya 1984-cü ilə aiddir.

Rəssam Mayk Zek məşhur komiks personajını ilk dəfə qara kostyumda təsvir edib.

Hərrac evinin vitse-prezidenti Co Maddalena telekanala bildirib ki, "Hörümçək Adam" komiksinin səhifəsindən sonra "Supermen"in ilk buraxılışının yüksək keyfiyyətli nüsxəsi satılıb.

Bu lot 3,18 milyon dollara satılıb.