İlham Əliyev: Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar həcmində sərmayə qoyub

16:30 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Azərbaycan, Türkiyənin  iqtisadiyyatına 14 milyard dollar həcmində sərmayə yatırıb.

Bunu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Türkiyə, Azərbaycanın  iqtisadiyyatına 12 milyard ABŞ dolları sərmayə yatırıb.  STAR neft emalı zavodunun açılışı və TANAP layihəsi gələcək əməkdaşlıq imkanlarını genişləndirəcək”, - deyə İ.Əliyev bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını keçiriblər, bundan sonra isə dövlət başçılarının birgə mətbuat konfransı keçirilib.

 

Bütün xəbərlər