SOCAR əməkdaşlarını təxliyyə etdi - Şirkətdən açıqlama

10:20 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, şirkətin dənizdə çalışan 82 işçisi təxliyyə olunub: “Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

 

Bütün xəbərlər