Azərbaycanla Türkiyə arasında əməkdaşlığa dair sənədlər paketi imzalanıb

16:53 - 25.04.2018


25 aprel, Fineko/abc.az. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti,yeddinci iclasının yekunları üzrə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə yekun protokol imzalanıb.

Tərəflər həmçinin ətraf mühitin mühafizəsi sahəsində, elektron imza, imtiyazlı ticarət, mədəniyyət mərkəzlərinin yaradılması, silahlı qüvvələrin şəxsi heyətinin mübadiləsi sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıblar.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası Ankarada keçirilib.

 

Bütün xəbərlər