14:22 - 14.01.2022
14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı və İrəvandan İstanbula (Türkiyə) aviabiletlərinin böyük fərqinin olduğu üzə çıxıb.
Belə ki, fevralın 2-də İrəvandan İstanbula (Flyone Armenia) aviareysinin qiyməti 75 manat olsa da, Bakıdan İstanbula (AZAL aviaşirkəti) bilet artıq 270 manatdır.
ABC.AZ xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məsələ ilə bağlı bildirib ki, fevralın 2-nə olan qiymətlər nümunə kimi götürülüb.
"Bildiyiniz kimi, aviaşirkətlərdə sabit tariflər yoxdur - aviabiletlərin qiymətləri daim sabit deyil, onlar tələb və təklifdən, təyyarələrin doluluğundan, alınma tarixindən, bayramlarla bağlı mövsümi dalğalanmalardan və məzuniyyət müddətindən, onlara olan tələbatdan asılı olaraq müəyyən edilir və artır. Bundan əlavə, Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkətinin bütün marşrutları üzrə minimum gediş haqqı koronavirus pandemiyasından əvvəl olduğu kimi 29 avroya endiriləcək. Qarşıdakı günlərdə bu, rəsmən elan olunacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.
Xatırladaq ki, Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar həyata keçirməyə icazə verib. İlk uçuş fevralın 2-nə planlaşdırılıb.
Müəllif: Elmir Murad
2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.
26 May 2023
“Avromed Company” QSC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
26 May 2023
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk.
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023