KOBİA Ukraynada sənəd imzaladı - Əməkdaşlıqlar genişlənir

14:36 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Yanvarın 14-də Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

 

Bütün xəbərlər