Paksitanda kriptovalyutalar qadağan olunur?

15:15 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Pakistanda kriptovalyutanın işlənməsi qadağan oluna bilər.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı Mərkəzi Bank hökumətə müraciət edib.

Ölkənin əsas Bankı müraciətdə tövsiyə edib ki, Pakistab ərazisində kriptovalyutanın istifadəsinə və onunla bağlı bütün fəaliyyət növlərinə qadağa qoyulsun. 

Bəyanatda qeyd olunur ki, kriptovalyutaların istifadəsi ilə bağlı risklər onun üstünlüklərindən daha çoxdur və bu, ölkə xaricinə nəzarətsiz köçürmələrlə əlaqədar Pakistanın valyuta ehtiyatlarının bitməsinə gətirib çıxara bilər. Qeyd edək ki, ötən həftə Pakistanın Federal Təhqiqatlar Agentliyi kriptovalyutanın istifadəsi ilə 100 milyon dollardan çox məbləğdə fırıldaqçı sövdələşmələri aşkar edib.

 

Bütün xəbərlər