ABŞ-da binalar "yaşıl" enerji ilə təmin ediləcək - İş 70 milyon dollara görüləcək

14.01.2022,15:50


14 yanvar, Fineko/abc.az. ABŞ-da binaları ekoloji təmiz enerji ilə təmin edə biləcək "yaşıl" pəncərələrin yaradılması planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu işi “Ubiquitous Energy” şirkəti həyata keçirəcək. Şirkət artıq bunun üçün maliyyə vəsaiti də alıb.

Belə ki, şirkət investorlardan 70 milyon dollar alıb. Şirkət göydələnləri enerji ilə təmin etmək üçün şəhər binalarının pəncərələrini günəş enerjisini elektrik enerjisinə çevirə bilən əlavə təbəqə ilə örtməyi planlaşdırır. Bu təbəqənin qalınlığı cəmi bir neçə nanometrdir və kiçik naqillər bütün sistemi elektrik cihazlarına bağlayır.