“Azərsu” qeyri-sabit hava şəraiti ilə əlaqədar abonentlərə müraciət etdi

16:15 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Qeyri-sabit və şaxtalı hava şəraiti olan günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, istehlakçılar fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərləri yun, yun parça kimi isti örtüklərlə sarınmalı və ya sayğac qutusunun içinə quru ağac yonqarı yığmaqla əhatə olunması tövsiyə edilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin  24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.

https://www.youtube.com/watch?v=bs6XsbyROkY&ab_channel=Az%C9%99rsuASC

Bütün xəbərlər