Ötən il muzdla çalışanlar ən çox hansı sahələrdə işləyib?

17:32 - 14.01.2022


14 yanvar, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının 20,4 min nəfər və ya 1,2 faiz artdığını açıqlayıb.

Sözügedən dövrdə muzdla çalışanların sayə 1 milyon 704,9 min nəfər olub. Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

Bütün xəbərlər