Hərbi qulluqçumuz həlak oldu - Nazirlik məlumat yaydı

17.01.2022,10:09


17 yanvar, Fineko/abc.az. Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavidan Məmmədlinin ölməsi ilə bağlı Müdafiə nazirliyi məlumat yayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb: "Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması barədə məlumatı təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.