Qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir - Vüqar Bayramov

11:27 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyasının təsirinə baxmayaraq 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub və ümumi daxili məhsul (ÜDM) 5,6% artıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.

"Ötən ilin ilk aylarında sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzər alsaq, bu, kifayət qədər ciddi bir iqtisadi artım kimi xarakterizə olunur. 2021-ci ildə ən vacib məqamlardan biri iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 % oldu. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən çoxdur və ondan xəbər verir ki, qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir. Bu da iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir", - deyə o, qeyd edib.

 

Bütün xəbərlər