Onların maaşları artırıldı - Baş nazir qərar verdi

11:35 - 17.01.2022


17 yanvar, Fineko/abc.az. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

BC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli qərarının 1-ci hissəsi ləğv edilib. Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 

Bütün xəbərlər