Banklara ayrılan limitlər aktivləşdirildi

17.01.2022,12:26


17 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, bu günə qədər İKZF 36 850 borcalana 2 milyard 2 milyon 448 min manat kredit verib.