Neft bahalaşır, Brent bir barelə $87,32 təşkil edir

09:40 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində qalxır, Brent markası 2014 - cü ilin oktyabr ayından etibarən barel başına $87-dən yuxarı ticarət edilir.

Bloomberg agentliyinin ekspertləri hesab edirlər ki, neft bazarında vəziyyət yüksək tələbatın qorunması zamanı təchizat çatışmazlığı səbəbindən gözləniləndən daha çətindir.

Saat 9: 25-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,84 (0,97%) - barrel başına $87,32-ə yüksəldi. Yanvarın 17 - də baş tutan ticarət nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersinin qiyməti $0,42 (0,49%) artaraq barel başına $86,48-a çatıb.

Saat 9: 25-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $1,13 (1,35%) - barel başına $84,95 qədər artıb. Yanvarın 17 - də hərracların nəticələrinə görə, fevral fyuçerslərinin qiyməti bir barelə görə $0,61 (0,73%) $84,43 səviyyəsinə qalxıb.


Bütün xəbərlər