“İnstagram”da yeni funksiya

10:15 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. “İnstagram”ın sahibi olan “Meta” şirkəti bir müddət bundan öncə “İnstagram”da “Take a Break” adlı funksiya istifadəyə verib.

ABC.AZ-ın məlumatına görə, sözügedən funksiya adı çəkilən sosial şəbəkədən həddindən çox istifadə edənlər üçün nəzərdə tutulub və nəticədə o, həmin istifadəçilərə fasilənin edilməsini xatırladır.

Yaxın zamanda isə “İnstagram”da paylaşımlar səhifəsinin redaktə etmək imkanı istifadəçilərə təqdim olunacaq.

Çox güman ki, istifadəçilərin çoxu əvvəlki paylaşımlarını fərqli sıralamada görmək istəyirlər.

 

Bütün xəbərlər