Prezident Heydər Əliyev Fondundan danışdı - Böyük xeyriyyəçidir

16:13 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra etdiyi çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur.

"Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”, - deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər