Azərbaycanda bu qədər əcnəbi yaşayır - Dövlət Xidmətinin rəisindən açıqlama

16:45 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Ötən il ölkəyə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir.

ABC.AZ xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Keçən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub”, - deyə o əlavə edib.

Ötən il 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu vurğulayıb.

 

Bütün xəbərlər