Valyuya ehtiyatlarımız artıb - 52 milyard dolları keçib

19.01.2022,10:14


19 yanvar, Fineko/abc.az. Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 milyard 100,5 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 milyard 25,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 milyard 75,4 milyon dolları isə Mərkəzi Bankın payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 840,3 milyon dollar və yaxud 1,6 % artıb.

Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,7 milyon dollar və yaxud 1,8 %, Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 41,6 milyon dollar və yaxud 0,6 % artım olub.