Neftin qiyməti 70 dollara düşəcək - Proqnoz

11:24 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. ABŞ-da şist neft hasilatının artması fonunda 2022-ci ilin ikinci yarısında neft kotirovkaları bir barel üçün 65-70 dollara düşəcək.

ABC.AZ xəbər verir ki, bunu Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitikləri proqnozlaşdırıb.

Analitiklər qeyd edib ki, eyni zamanda, ilin birinci yarısında neftin qiyməti 100 dollar/barelə qədər qalxa bilər, lakin qiymət uzun müddət bu səviyyədə qalmayacaq.

"Hazırda neftin qiymətinin qalxması 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində baş verən bir çox hadisələrin nəticəsidir. Belə ki, Kurilov bugünkü kotirovkaların bir barel üçün 89 dollara yüksəlməsini Yəmən husilərinin hava limanına və Birləşmiş Ərəb Əmirliklərinin neft strukturuna pilotsuz təyyarə hücumu ilə əlaqələndirib" deyə analitiklər qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər