Ötən il Azərbaycan Türkiyəyə bu qədər elektrik enerjisi tranzit edib

11:50 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 720,6 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə həcm 7 dəfə artıb. 2021-ci ildə tranzit fevral, mart, aprel və may ayları istisna olmaqla il boyu, 2020-ci ildə isə yalnız yanvar, fevral, iyun və iyul aylarında həyata keçirilib.

 

Bütün xəbərlər