Sahibkarlıq sahəsindəki yoxlamaların dayandırılması müddəti artırılır

19.01.2022,16:36


19 yanvar, Fineko/abc.az. Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi məlum olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, yanvarın 21-də keçiriləcək iclasın gündəliyinə aşağı məsələlər daxildir:

- Milli Məclisinin 2021-ci il payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülmüş işlərin hesabatı.

- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

- Cari məsələlər.