Sabiq deputatın şirkəti barədə cinayət işi açılıb - Detallar

19.01.2022,16:54


19 yanvar, Fineko/abc.az. Sabiq deputat, “Ştutqart” MMC-nin sahibi Nəriman Əliyevin şirkətin yaxınlığında yerləşən 37 ağacı kəsdirməsi iddiası üzrə cinayət işi başlanılıb.

ABC.AZ Baş Prokurorluğa istinadən xəbər verir ki, Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.

Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülmüş və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.