Avtonəqliyyat vasitələrinin könüllü sığortası artıb - Hesabat

19.01.2022,17:14


19 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank ötən ilin sığorta göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrsı Azərbaycanda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39 mln. 672 min manat sığorta haqqı toplanıb.

Həyata keçirilmiş ödənişlərə gəlincə isə 15 mln. 849 min manat təşkil edib.

Aparılan hesablamalara görə, bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 2 mln. 796 min manat (7.6%) və 2 mln. 810 min manat (21.6%) çoxdur.

Müəllif: Elmir Murad