Bu ölkədə Teleqram qadağan oluna bilər - Səbəb

21.01.2022,11:05


21 yanvar, Fineko/abc.az. Braziliyada dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlar səbəbindən teleqram messencerinin fəaliyyəti qadağan edilə bilər.

ABC.AZ xəbər verir ki, ölkədə bu ilin oktyabrına təyin edilmiş ümumi seçkilər ərəfəsində teleqramın yalan xəbərlər və digər növ dezinformasiyalar göndərmək üçün istifadə oluna biləcəyindən ehtiyat edilir.

Qeyd edək ki, Teleqram messenceri son zamanlar 2018-ci ilin əvvəlki seçki kampaniyası zamanı sosial şəbəkələrdən və ani mesajlaşma proqramlarından uğurla istifadə edən ölkənin hazırkı prezidenti Jair Bolsonaronun tərəfdarları arasında populyarlıq qazanıb.