Yığımlar artsa da, könüllü sığorta növləri üzrə ödənişlər azalıb - Hesabat

21.01.2022,11:19


21 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 586 milyon 595 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 16,7% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,9% artaraq 257 milyon 303 min manata çatıb. Hesabat dövründə könüllü sığorta növləri ilə ödənişlərin məbləği 339 milyon 266 min manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 10,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,25% artaraq 119 milyon 461 min manata çatıb.

Beləliklə, 2021-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ildə 75,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 46,4 manata çatıb.