Mobil operatorların gəlirləri 1 ildə 6 faizdən çox artıb

12:02 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ötən il informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib.

Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 

Bütün xəbərlər