Azərbaycan ötən il Türkiyə və Avropaya nə qədər qaz nəql edib?

15:25 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycandan Avropaya 8,15 mlrd. kubmetr təbii qaz ixrac edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 8,5 mlrd. kubmetr qaz ixrac edilib.

Beləliklə, ümumilikdə ötən il Azərbaycandan Türkiyə və Avropaya 16,65 mlrd. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunur.

Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

 

Bütün xəbərlər