Bu ölkədə “Whatsapp” adminləri həbs oluna bilər - 5 bəndə əməl etməsələr

11:34 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Hindistanda “Whatsapp”la bağlı maraqlı, həm də çoxlarını təəccübləndirəcək yeni qərar qəbul edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən ölkədə "Whatsapp"dakı qrup adminləri həbs oluna bilər.

Belə ki, Hindistanda 5 maddəyə əməl etməyən qrup inzibatçıları həbs ediləcək.

Həmin 5 maddə ilə aşağıdakılar qadağandır:

1.    Admini olduğunuz qrupda ölkəyə qarşı hər hansı bir paylaşım

2.    Qrupda yalan xəbər paylaşmaq

3.    Pornoqrafik görüntüləri qrupda yaymaq

4.    Provakasiya (şidddətə təhrik edəcək çağırışlar)

5.    İcazəsiz kiminsə şəkil və videosunu paylaşmaq 

Bu hallar baş verərsə, adminlər tez bir zamanda ona müdaxilə etməli və silməlidirlər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər