Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

16:34 - 26.04.2018


26 aprel, Fineko/abc.az. Böyük Britaniyaya səfəri çərçivəsndə Azərbaycan Prezidenti İlham Əliyev

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.

Görüşdə Alan Dunkan dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik etdi və onun fəaliyyətində uğurlar arzuladı. O qeyd etdi ki, prezident İlham Əliyevin yenidən seçilməsi Azərbaycanın sürətlə inkişafının sabitliyini təmin edəcəkdir.

Görüşdə zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olundu. Həmçinin görüşdə Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Bütün xəbərlər