Fond elan etdiyi tenderin qalibini açıqladı - 30 min manat ödəniləcək

12:06 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “Qala Həyat Sığorta” ASC-dir.

Qalib şirkətə 29,6 min manat ödəniləcək.

 

Bütün xəbərlər