BOKT-lar ötən ili qazanıb ya itirib?

15:19 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2021-ci ili 10,1 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, bu, 2020-ci ilə nisbətən 2% çoxdur.

Ötən il BOKT-ların gəlirləri 87,6 milyon manat (illik müqayisədə 12% çox), xərcləri 60,5 milyon manat (12,45% çox), xüsusi ehtiyatlara ayırmaları 12,6 milyon manat (16,7% çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl olmayıb) mənfəət vergisi ödəmələri isə 4 milyon manat (5,3% çox) təşkil edib. Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 388,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,9 % çoxdur. Bunun 292,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə sektorun kredit portfeli 30,4% böyüyüb. Hesabat dövründə BOKT-ların öhdəlikləri 28,25% artaraq 224,3 milyon manata, balans kapitalı isə 16,2% artaraq 164,3 milyon manata çatıb.

 

Bütün xəbərlər